Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Gela Geladze istefa verib.
1xeber.media xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazır.
Məlumata görə, siyasi komandası ilə məsləhətləşmələrdən sonra o, fəaliyyətini başqa bir qurumda davam etdirmək qərarına gəlib.
Geladze bu ilin aprelində, bir neçə həftə əvvəl siyasətdən ayrılan Mamuka Mdinaradzeni əvəz edərək Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri olmuşdu.

















