1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində iki əks-hücum cəhdinin qarşısının alındığı iddia edilir.
RİA Novosti-nin Rusiya güc strukturlarına istinadən yaydığı məlumata görə, Kazacya Lopanda ərazisində Ukraynanın 58-ci mexanikləşdirilmiş briqadasının hücum cəhdi Rusiya hərbçilərinin atəş zərbələri ilə dəf edilib.
Bundan əlavə, 22-ci mexanikləşdirilmiş briqadanın zirehli texnikadan istifadə etməklə əks-hücuma hazırlaşdığı, lakin bu cəhdin də “Şimal” qoşun qruplaşması tərəfindən qarşısının alındığı bildirilir.
Məlumata görə, ikinci hücum zamanı FPV dronlarından istifadə edilib və nəticədə Ukrayna tərəfinin bir neçə tank itirdiyi, şəxsi heyət arasında itkilərin olduğu iddia olunur.
Məlumat Rusiya tərəfinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

















