Dövlət Statistika Komitəsinin nəzdində fəaliyyət göstərən Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinə direktor təyin edilib.
1xeber.media-nın əldə etdiyi məlumata görə, bu barədə DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, mərkəzin direktoru vəzifəsinə Rəşid Əvəzağa oğlu Əliyev təyin olunub.
O, bundan əvvəl Bakı Dövlət Universitetinin professoru və Riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışıb.
















