Prezident İlham Əliyev Azərbaycanın təmsil olunduğu beynəlxalq təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən mövqe nümayiş etdirdiyini vurğulayıb.
1xeber.media xəbər verir ki,dövlət başçısının sözlərinə görə, Bakıda müxtəlif ölkələrin dini liderlərinin iştirakı ilə keçirilən tədbirlər də Azərbaycanın bu missiyasının göstəricisidir.
Eyni zamanda Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşdə Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsinə daim xüsusi əhəmiyyət verdiyini bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu istiqamətdə yalnız çağırışlarla kifayətlənmir, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə əməli addımlar atır.

















