1xeber.media xəbər verir ki, Rusiyanın nəzarətinə keçdiyi bildirilən Donetsk vilayətindəki yaşayış məntəqələrində bəzi sakinlər evlərini tərk etməkdən imtina edir.
Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin bildirib ki, nəzarətə götürülən və dağıntılara məruz qalan yaşayış məntəqələrinin bir hissəsində sakinlər qalmağa davam edir. Onun sözlərinə görə, həmin şəxslər müvəqqəti yerləşdirmə məntəqələrinə köçmək istəmirlər.
Puşilin əsasən uzun illərdir həmin evlərdə yaşayan yaşlı insanların köçməkdən imtina etdiyini qeyd edib.
Qeyd edək ki, söhbət Rusiyanın hərbi əməliyyatlar çərçivəsində nəzarətə götürdüyünü bildirdiyi ərazilərdən gedir.

















