1xeber.media xəbər verir ki, Litva Rusiyanın Baltikyanı ölkələrə mümkün hücuma hazırlaşdığına dair heç bir konkret məlumatın olmadığını açıqlayıb.
Litva prezidentinin milli təhlükəsizlik məsələləri üzrə baş müşaviri Deyvidas Matulenis bildirib ki, hazırda Rusiyanın Baltikyanı ölkələrə ənənəvi hərbi hücum hazırladığını göstərən məlumat yoxdur.
Bununla belə, Matulenis region ölkələrini diqqətli olmağa çağırıb. O qeyd edib ki, vəziyyət dinamikdir və qısa müddətdə dəyişə bilər.
Qeyd edək ki, Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev daha əvvəl Litvaya sərt xəbərdarlıq edərək ölkənin “dünya xəritəsindən silinə biləcəyini” bildirmişdi.

















