1xeber.media xəbər verir ki, Britaniyanın Daily Express qəzeti Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşevin Polşanın Rusiya ilə mümkün münaqişə zamanı mövcudluğunu itirə biləcəyi barədə açıqlamasını qorxuducu adlandırıb.
Qəzet Patruşevin bu xəbərdarlığını Rusiyanın Ukraynanın Polşa sərhədinə yaxın ərazilərinə zərbələri fonunda diqqətçəkən mesaj kimi qiymətləndirib.
Patruşev daha əvvəl bildirib ki, Polşa Rusiya ilə münaqişəyə qoşularsa, ölkənin iki-üç gün ərzində mövcudluğunu dayandırması mümkündür. O, bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Varşavanın Moskvanı məğlub edə biləcəyi barədə fikirlərinə cavab olaraq səsləndirib.
Rusiya rəsmisinin açıqlaması Qərb mediasında ciddi narahatlıq yaradıb və Moskva ilə Varşava arasında mümkün qarşıdurma risklərini yenidən gündəmə gətirib.

















