1xeber.media xəbər verir ki, ABŞ-ın Yəməndə Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinə husilərə qarşı mübarizədə dəstək verməsi gözlənilir.
Şərqşünas İvan Boçarovun sözlərinə görə, Vaşinqton Ər-Riyada əsasən kəşfiyyat məlumatları, silah və digər hərbi vasitələrlə yardım göstərə bilər. Ekspert ABŞ hərbçilərinin Yəməndə quru əməliyyatlarına birbaşa qoşulmasını isə az ehtimal edir.
Boçarov bildirib ki, ABŞ artıq müəyyən dərəcədə münaqişəyə cəlb olunub. ABŞ ordusu daha əvvəl Yəməndə husilərin mövqelərinə zərbələr endirib.
Qeyd edək ki, sentyabrın 3-dən etibarən “Ənsar Allah” hərəkatı Yəmənin Taiz vilayətində beynəlxalq səviyyədə tanınan hökumətin qüvvələri ilə silahlı toqquşmalara başlayıb. Husilərin strateji əhəmiyyətli Perim adasına nəzarəti ələ keçirdiyi də bildirilir.

















