Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar.
1xeber.media-nın əldə etdiyi məlumata görə, hər iki şəxs sərbəst buraxılsalar da cinayət işi üzrə araşdırma davam etdirilir.
Qeyd edək ki, Əhdiman Osmanova, eləcə də tanışı Həsən Əliyev barəsində Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət) maddəsi ilə cinayət işi başlanılıb.

















