1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi üzrə danışıqların uğurla başa çatmasının səbəbini açıqlayıb.
Paşinyanın sözlərinə görə, proses tərəflərin müəyyən mərhələdə “mexaniki qarşılıqlılıq” prinsipindən uzaqlaşması ilə mümkün olub.
Ermənistan hökumətinin başçısı bildirib ki, saziş mətninin “pinq-ponq” üsulu ilə qarşılıqlı dəyişdirilməsi artıq nəticə vermirdi. Bu səbəbdən tərəflər fərqli yanaşma seçərək mövcud mətnlə razılaşmaq qərarına gəliblər.
Paşinyan vurğulayıb ki, Azərbaycan və Ermənistan qonşu ölkələr kimi qarşılıqlı sabitlik və iqtisadi rifaha xidmət edən münasibətlər qurmalıdır.

















