1xeber.media xəbər verir ki, Almaniya kansleri Fridrix Merzin siyasi mövqelərinin zəifləməsindən sonra hakimiyyətdən getmək əvəzinə vəzifəsini qorumağa çalışacağı ehtimal edilir.
“Politico” nəşri Almaniyada siyasi böhranın mümkün inkişafı ilə bağlı beş ssenarini təhlil edib. Nəşrin qiymətləndirməsinə görə, Merzin partiya daxilində dəstəyin azalması səbəbilə istefa verməsi mümkün ssenarilərdən biridir.
Bununla belə, Merz istefa qərarı versə belə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ondan yeni kansler seçilənədək vəzifəsini icra etməsini xahiş edə bilər.
Nəşr parlamentin etimadsızlıq səsverməsi nəticəsində Merzin istefaya getməsini isə daha az ehtimallı ssenari kimi təqdim edib. Almaniya qanunvericiliyinə əsasən, kanslerin vəzifədən uzaqlaşdırılması üçün eyni vaxtda onun yerinə yeni namizədin parlamentdə çoxluq qazanması tələb olunur.
















