Ermənistanda zəlzələ baş verib.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:17-də Şoğakat kəndindən 3 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin maqnitudası 2,8 olub.
Zəlzələnin episentrində təkanların gücü 3-4 bal təşkil edib.

















