"Həm icbari tibbi sığorta, həm də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində islahatlar davam edir. Əminik ki, bu islahatlar müsbət effektini verəcək".
1xeber.media xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
"72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb. Kiafyət qədər yüksək əməkhaqqı alacaqlar. Bu xüsusilə regionalarda tibb işçilərinə aiddir. Dəfələrlə burada müzakirə etmişik ki, bölgələrdə tibb işçilərinin qıtlığı var. Mən əminəm ki, tibb işçilərinin əməkhaqqının artırılması bu problemin həllinə böyük təkan verəcək. Bu addım nəticəsində tibb işçilərinin illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Bu, çox böyük rəqəmdir. Mən hesab edirəm ki, bu, tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində atılmış çox mühüm addımlardan biridir", - deyə komitə sədri bildirib.

















