1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan boşanmasından sonra sosial şəbəkədə diqqətçəkən video paylaşıb.
Paşinyanın paylaşdığı 14 saniyəlik görüntüdə o, səssiz şəkildə kameraya baxır. Bu zaman arxa planda rusiyalı müğənni Yelena Vaenqanın “Kuryu” (“Siqaret çəkirəm”) mahnısı səslənir.
Mahnının nəqarətində “Yenə tək qaldım, yenə siqaret çəkirəm, ana, yenə” sözləri yer alır. Videonun sonunda Paşinyan barmaqları ilə ürək işarəsi göstərib.
Paylaşım onun şəxsi həyatındakı son hadisələr fonunda sosial şəbəkələrdə diqqət çəkib.

















