1xeber.media xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson parlament seçkilərində müxalifət blokunun qələbəsindən sonra istefa verib.
Kristersson sosial şəbəkədə yayımladığı məktubda parlament sədrindən yeni hökumətin formalaşdırılması prosesinin başlanması üçün onu baş nazir vəzifəsindən azad etməsini xahiş etdiyini bildirib.
İsveç Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, Maqdalena Anderssonun rəhbərlik etdiyi sol partiyaların koalisiyası səslərin 49,5 faizini, Kristerssonun bloku isə 48,8 faizini toplayıb.
Qeyd edək ki, seçkilərdə qalib gələn koalisiyanın lideri Maqdalena Andersson daha əvvəl Rusiyanı İsveçin təhlükəsizliyi üçün ən böyük təhdid adlandırmışdı.

















