
1xeber.media xəbər verir ki, Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirməyə davam edəcəklərini bildirib.
Karni Kanada ilə Aİ arasındakı əməkdaşlığın müsbət proses olduğunu deyib. O, daha güclü və daha suveren Kanadanın ABŞ üçün də daha səmərəli tərəfdaş olacağını vurğulayıb.
Qeyd edək ki, Tramp Kanada Aİ ilə assosiativ üzvlük əldə edəcəyi təqdirdə ciddi gömrük rüsumları tətbiq etməklə və ya Aİ ilə ticarəti dayandırmaqla hədələyib.

















