1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) rəhbəri vəzifəsinə namizəd göstərdiyi Kevin Uorşa etimad etdiyini bildirib.
Tramp qeyd edib ki, Uorş müstəqil olmalıdır. ABŞ prezidenti FED-in digər rəhbər şəxslərini isə “düşmən mövqedə” olmaqda ittiham edib.
ABŞ lideri faiz dərəcələrinin yüksək olduğunu vurğulayaraq, ölkədə uçot dərəcəsinin 1 faiz və ya daha aşağı səviyyəyə endirilməli olduğunu bildirib.
FED sentyabrın 16-da federal fondlar üzrə faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq illik 3,75–4 faiz səviyyəsinə yüksəldib. Qərarın iqtisadi göstəricilər əsasında qəbul edildiyi açıqlanıb.
Uorş isə inflyasiyanın ABŞ-da uzun müddətdir yüksək olaraq qaldığını və onun daha da sürətlənməsi riskinin olduğunu bildirib.

















