1xeber.media xəbər verir ki, Macarıstanın “Fides” partiyası Peter Macyarın rəhbərlik etdiyi yeni hökumətlə konstruktiv əməkdaşlıq etməyəcəyini açıqlayıb.
Partiyanın lideri, keçmiş baş nazir Viktor Orban sentyabrın 17-də bildirib ki, “Fides” hökumətə loyal deyil və onunla əməkdaşlıq etmək niyyətində deyil.
Orbanın sözlərinə görə, partiya ölkəyə və xalqa sadiq qalacaq və fəaliyyətini cəmiyyətlə əməkdaşlıq üzərində quracaq.
Keçmiş baş nazir hökumətin konstitusiyaya dəyişikliklər də daxil olmaqla bir sıra addımlarını hakimiyyətin ələ keçirilməsi və müxalifətin sıradan çıxarılması cəhdi kimi qiymətləndirib. O, yeni korrupsiya araşdırmalarını da siyasi təqib adlandırıb.
Orban həmçinin apreldə keçirilən seçkilərdə məğlubiyyətdən sonra partiyada genişmiqyaslı yenilənmə aparılacağını və gələcəkdə hakimiyyətə qayıtmaq üçün hazırlıq görüləcəyini bildirib.

















