1xeber.media xəbər verir ki, Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru hərəkət edən 5 pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə sentyabrın 17-də Moskva meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, PUA-lar Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Hazırda PUA qalıqlarının düşdüyü ərazilərdə fövqəladə hallar xidmətlərinin əməkdaşları işləyir.

















