Cəlilabad şəhərində su borusunda baş vermiş qəza aradan qaldırılıb.
Həmçinin əhalinin su ilə təminatı da bərpa olunub.
Hadisə ilə əlaqədar Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və Yolların Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində suyun ətrafa axmasının qarşısı alınıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Xatırladaq ki, ötən gün şəhərin Heydər Əliyev prospektində su nəql edən 225 mm-lik boruda qəza baş verib və boru deşilib.

















