1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova seçkilər başa çatdıqdan sonra deputatların fəaliyyətinə görə seçicilər qarşısında məsuliyyət daşımalı olduğunu bildirib.
Diplomat TASS-a açıqlamasında qeyd edib ki, səsvermə insanların istəklərinin deputatların seçilməsi yolu ilə həyata keçirilməsi mexanizmidir.
Zaxarovanın sözlərinə görə, vətəndaşlar yalnız ildə bir dəfə prezidentlə birbaşa xətt və ya digər xüsusi tədbirləri gözləməməlidirlər. O bildirib ki, seçicilərin öz deputatlarına müraciət etmək və onlardan tələblərini yerinə yetirmələrini istəmək imkanları var.
“Bunun üçün sənin deputatın var. Onun yanına getməli və tələb etməlisən. Seçkilərə də məhz bu düşüncə ilə gəlmək lazımdır”, – deyə Zaxarova vurğulayıb.
















