
1xeber.media xəbər verir ki, Suriya Prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən “Atlantik Şurası”nın panelində Qolan təpələri ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.
O bildirib ki, Qolan təpələri Suriyaya məxsusdur və ərazinin kimə aid olması müzakirə mövzusu deyil.
ABŞ Prezidenti Donald Trampın Qolan təpələri üzərində İsrailin suverenliyini tanıması ilə bağlı suala cavab verən Şaraa Ağ Evdə Trampla görüşünü xatırladıb. O, Trampın Qolan təpələri barədə danışarkən zarafatla belə cavab verdiyini bildirib:
“Niyə Nyu-Cersini israillilərə vermirsiniz? Qolan təpələri sizin mülkiyyətinizdə deyil ki, onu onlara verəsiniz. Amma Nyu-Cersi sizə məxsusdur”.
Şaraa bildirib ki, Tramp Suriya ilə bağlı bir sıra məsələlərdə ona dəstək verib və ölkəyə qarşı sanksiyaların ləğvi ilə bağlı qərar qəbul edib. O, ABŞ Prezidenti ilə “çox xüsusi münasibətlərinin” olduğunu da qeyd edib.
Suriya lideri vurğulayıb ki, zarafatdan asılı olmayaraq, Qolan təpələri Suriya xalqına məxsusdur və bu ərazi ilə bağlı qərarı heç bir dövlət başçısı təkbaşına verə bilməz.

















