1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın xarici işlər naziri Radoslav Sikorskinin müharibəyə hazırlaşması ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Sikorski “Fakt” qəzetinə müsahibəsində fövqəladə vəziyyət zamanı istifadə etmək üçün evində düyü ehtiyatı saxladığını, əl nasosu və öz bağından hazırladığı mürəbbənin olduğunu bildirib. O, həmçinin evinin yaxınlığındakı sığınacağı nəzərdən keçirdiyini deyib.
Zaxarova isə Telegram kanalında bu açıqlamanı istehza ilə qarşılayaraq Sikorskinin mürəbbə əvəzinə neyroleptik dərman almasını tövsiyə edib.
Rusiya XİN sözçüsü “Ona həqiqətən lazım olan və elə indi əldə etməli olduğu yeganə şey haloperidoldur” deyə yazıb.

















