1xeber.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.
Bu barədə Rusiya Federasiyasının BMT yanında Daimi Nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Lavrovun sentyabrın 26-da BMT Baş Assambleyasının iclasında çıxış edəcəyi gözlənilir.
Rusiyanın BMT yanında daimi nümayəndəsi Kirill Loqvinovun sözlərinə görə, Lavrov Nyu-York səfərinin yekununda ənənəvi mətbuat konfransı da keçirəcək.

















