1xeber.media xəbər verir ki, ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis Ukraynanın Rusiyanın nizamlanma ilə bağlı şərtlərindən imtina etməsinin ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
Devis “X” sosial şəbəkəsində yazıb ki, Kiyev Rusiya tərəfindən irəli sürülən şərtləri qəbul etməsə, münaqişənin uzanması Ukraynanın daha çox ərazi itirməsinə və daha çox insanın həlak olmasına gətirib çıxara bilər.
O, Rusiyanın mövqeyinin bir neçə ildir dəyişmədiyini qeyd edib. Devis həmçinin Kiyevin NATO-ya üzvlükdən imtina etməsi, Moskvanın nəzarətinə keçmiş ərazilərlə bağlı razılaşma və demilitarizasiya kimi məsələləri müzakirə etməli olduğunu irəli sürüb.
Bu fikirlər istefada olan ABŞ hərbçisinin şəxsi mövqeyidir.

















