1xeber.media xəbər verir ki, “Avtovağzal” və “Xocəsən” metro stansiyalarında girişin ödənişsiz olması yerüstü nəqliyyatda sıxlığın azaldılması və sərnişin axınının metroya yönləndirilməsi məqsədi daşıyır.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda Yaşıl xətt üzrə sərnişin axını əvvəlki dövrlə müqayisədə 50 faizdən çox, Bənövşəyi xətt üzrə isə 35-40 faiz azalıb.
Onun sözlərinə görə, “Avtovağzal” və “Xocəsən” stansiyalarına girişin pulsuz olması sərnişinlərin hərəkət rahatlığının artırılmasına və axının daha optimal bölüşdürülməsinə xidmət edir.
Məmmədov qeyd edib ki, Sumqayıt-Xırdalan xətti və Şamaxı-Bakı yolu istiqamətindən şəhər mərkəzinə gələn sərnişinlərin bir hissəsinin metrodan istifadəyə yönəldilməsi “20 Yanvar” stansiyası və Moskva prospekti ətrafındakı nəqliyyat sıxlığının azalmasına kömək edə bilər.
















