1xeber.media xəbər verir ki, Türkiyənin “Bandırmaspor” klubunun 25 yaşlı müdafiəçisi Tolqa Kalender vəfat edib.
Türkiyə Futbol Federasiyası (TFF) futbolçunun ölümünü təsdiqləyib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Kalender karyerası ərzində “Adana Demirspor”, “Bayrampaşa” və “Diyarbəkirspor” komandalarında çıxış edib. O, gənclər səviyyəsində isə “İstanbul Başakşehir” klubunun sistemində oynayıb.
Müdafiəçi peşəkar karyerası ərzində ümumilikdə 132 matçda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

















