1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh nizamlanması ilə bağlı təmaslar üçün Moskvaya gedə biləcəyini bildirib.
Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Zelenskinin istədiyi halda Moskvaya gələ biləcəyini daha əvvəl açıqlayıb.
Kremlin nümayəndəsi bildirib ki, Rusiya tərəfi Ukrayna liderinin səfəri zamanı təhlükəsizlik təminatları verməyə hazırdır.
Peskov həmçinin Rusiyanın sülh danışıqlarına açıq olduğunu bildirib və qeyd edib ki, Moskvanın mövqeyinə əsasən, Ukrayna münaqişəsinin həlli üçün müəyyən qərarlar qəbul edilməlidir.

















