Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi tərəfindən 2026-cı ilin 2-ci rübü üzrə 22 dövlət müəssisəsinin monitorinqi yekunlaşıb.
1xeber.media xəbər verir ki, tədbirlər dövlət müəssisələrində şəffaflığın artırılması, maliyyə intizamının möhkəmləndirilməsi və fiskal risklərin effektiv idarə olunması məqsədilə həyata keçirilib. Prezidentin 2025-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş Monitorinq Qaydalarına uyğun olaraq müəssisələrin maliyyə nəticələri təhlil edilib, yarana biləcək risklər müəyyənləşdirilərək müvafiq reytinqlər üzrə təsnifləşdirilib.
Yeni mexanizmin tətbiqi idarəetmə qərarlarının dəqiq maliyyə məlumatları əsasında qəbul edilməsinə və vahid məlumat bazasının formalaşdırılmasına imkan verir. Process mərhələli şəkildə genişləndirilir: belə ki, 1-ci rübdə 10 dövlət müəssisəsi yoxlanıldığı halda, 2-ci rübdə bu göstərici 22-yə çatdırılıb. Növbəti rüblərdə monitorinqə cəlb olunan qurumların sayının daha da artırılması planlaşdırılır.

















