1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfəri 2026-cı il üçün iki ölkənin planlarına daxil edilib.
Bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bildirib. Diplomat qeyd edib ki, səfərin detalları hələ razılaşdırılmayıb, lakin onun baş tutması üçün Ermənistan rəsmiləri ilə müzakirələr aparılır.
Şirqulami həmçinin İran və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sənədin hazırlanması istiqamətində işlərin davam etdiyini bildirib. Onun sözlərinə görə, sənəd iki ölkə arasında əməkdaşlığın institusionallaşdırılmasına və əsas istiqamətlərin müəyyənləşdirilməsinə imkan verəcək.
Diplomat qeyd edib ki, tərəflər sənədin yaxın gələcəkdə imzalanması üçün səylər göstərirlər.
Fevral ayında da Paşinyanın 2026-cı ildə Tehrana səfəri zamanı İran və Ermənistan arasında strateji əməkdaşlıq haqqında hərtərəfli sənədin imzalanmasının planlaşdırıldığı bildirilmişdi.

















