1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkian və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
Paşinyanın Pezeşkianla görüşündə müzakirə olunan məsələlərin detalları hələlik açıqlanmayıb.
Ermənistan Baş nazirinin Mitsotakis ilə görüşündə isə iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

















