"Biz elektrik enerjisinə keçəcəyik, bütün ölkələrdən qaz alacağıq və bütün ölkələrlə ticarət edəcəyik".
1xeber.media xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə deyib.
O, Ermənistanın bir qaz kəmərindən və bir tərəfin qərarından asılı olmaq niyyətində olmadığını açıqlayıb.
"Hər kəslə müzakirələr aparılır; hər kəsi əhatə edən şaxələndirmə məsələləri mövcuddur. Biz yaxın gələcəkdə Türkiyə ilə sərhədi açacağıq, Azərbaycanla diplomatik münasibətləri tam şəkildə quracağıq və region ölkələri ilə həm iqtisadi, həm də siyasi baxımdan sülh və əməkdaşlıq şəraitində yaşayacağıq; mümkün olan hər yerdə Azərbaycanla demarkasiya və delimitasiya proseslərini başa çatdıracağıq..." – Təhlükəsizlik Şurasının katibi Ermənistanın Rusiya qazının qiymətindəki mümkün dəyişikliyə necə hazırlaşdığı barədə suala cavabında bildirib.

















