Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılı ABŞ-də həbs edilib.
1xeber.media Musavat.com-a istinadən xəbər verir ki, Arif Hacılı oğlunun və gəlininin Müsavat Partiyasına xas ənənəvi saxta sənəd taktikasından istifadə etməklə ABŞ-də məskunlaşmasına kömək göstərib.
Orxan və Yaqut Hacılı bütün cəhdlərə baxmayaraq, ABŞ-də oturum icazəsi ala bilməyiblər. Onlar ölkədən çıxmaq öhdəliyi götürsələr də, bu tələbə əməl etməyib və ABŞ ərazisində qeyri-qanuni qalmağa davam ediblər.

















