Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxa ilə görüşüb.
1xeber.media xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
Nazirlər ikitərəfli gündəliyi müzakirə edib, davamlı siyasi dialoqun, yüksək səviyyəli təmasların və BMT də daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.
Nazir Ceyhun Bayramov Azərbaycanın əsas enerji və nəqliyyat bağlantısı layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələri qeyd edib.
O, həmçinin qarşı tərəfi münaqişədən sonrakı regional reallıqlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də Ermənistanla davam edən sülh səyləri barədə məlumatlandırıb.

















