1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla əldə olunan sülhün daha da möhkəmləndirilməsinin və institusionallaşdırılmasının vacibliyini bildirib.
Paşinyan bu barədə BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı danışıb. O, Ermənistan və Azərbaycan arasında münasibətlərin əsasını sülhün təşkil etməli olduğunu vurğulayıb.
Baş nazir iki xalqın əsrlər boyu birgə yaşamaq təcrübəsinə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, bu təcrübə əsasında qarşılıqlı ərazi bütövlüyünə, suverenliyə və siyasi müstəqilliyə hörmətə söykənən dövlətlərarası münasibətlər qurulmalıdır.
Paşinyan Ermənistanın mina təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirməyə və genişləndirməyə hazır olduğunu da bildirib.
O əlavə edib ki, əldə edilən nəticələr tarix, mədəni irs və digər məsələlərlə bağlı qarşıdurma ritorikasından daha əhəmiyyətli olmalıdır.
















