1xeber.media xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Nyu-Yorkda görüş keçiriblər.
Sentyabrın 24-də BMT Baş Assambleyası çərçivəsində baş tutan görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişi müzakirə olunub.
Nazirlər 2025-ci il Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunan razılaşmalardan sonra qeydə alınan irəliləyişi nəzərdən keçiriblər. Tərəflər həmçinin iqtisadi və nəqliyyat əlaqələrinin, o cümlədən ticarət və tranzit imkanlarının genişləndirilməsinə diqqət yetiriblər.
Görüşdə müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviqi imkanları da müzakirə olunub.
Bayramov və Mirzoyan Azərbaycan-Ermənistan arasında birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.


















