1xeber.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterreşə Buçada baş verən hadisələrlə bağlı Rusiya tərəfinin hazırladığı hesabatı təqdim edib.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, “Qebbelsin varisləri: Buçada hadisələrin saxtalaşdırılması və Kiyev rejiminin qanlı səhnələşdirmələri” adlı sənəd Beynəlxalq İctimai Tribunal tərəfindən hazırlanıb.
Məlumata görə, sənəddə Buçada qətliamın baş verdiyi ilə bağlı Ukrayna tərəfindən yayılan məlumatların təkzib edildiyi iddia olunur.
Lavrov BMT Katibliyindən hesabatda əksini tapan faktların ətraflı araşdırılmasını tələb edib.
Qeyd edək ki, Buçada 2022-ci ildə baş verən hadisələrlə bağlı Rusiya və Ukrayna tərəflərinin mövqeləri kəskin şəkildə fərqlənir. Rusiya XİN-in açıqlamasında səsləndirilən iddialar müstəqil şəkildə təsdiqlənmiş fakt kimi təqdim edilmir.














