Ermənistan hərbçiləri Hindistanda bu ölkədən alınmış "Akash" hava hücumundan müdafiə sistemlərinin istismarı üzrə təlim keçiblər.
1xeber.media xəbər verir ki, bu barədə "Indian Defence Times" nəşri məlumat yayıb.
Bildirilib ki, təlimlər zamanı erməni mütəxəssislərə sözügedən zenit-raket komplekslərinin idarə edilməsi, texniki xidməti və effektiv şəkildə yerləşdirilməsi qaydaları öyrədilib.
Onlar əldə etdikləri bilikləri səhra təlimlərində tətbiq edəcəklər.
















