1xeber.media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus gələcəkdə yeni pandemiyanın baş verməsinin qaçılmaz olduğunu bildirib.
Onun sözlərinə görə, yeni tənəffüs yolu patogeninin ortaya çıxması COVID-19 pandemiyasına bənzər nəticələrə səbəb ola bilər. Qebreyesus növbəti pandemiyanın olub-olmayacağından çox, onun nə vaxt baş verəcəyinin əsas sual olduğunu deyib.
















