1xeber.media xəbər verir ki, Ukraynada məlumat mərkəzlərinə zərbələr endirilməsi nəticəsində bir neçə telekanalın yayımı dayandırılıb.
Məlumata görə, yayımdan çıxan resurslar arasında Ukrayna Müdafiə Nazirliyinin “Armia.TV” kanalı ilə yanaşı, “Novini Live” və “Mı – Ukrayna+” telekanalları da var.
Ukrayna mediasının məlumatına görə, problemlər Kiyevdəki məlumat mərkəzlərinə zərər dəyməsindən sonra yaranıb. Rusiya Müdafiə Nazirliyi daha əvvəl Kiyevdə “Datagroup” və “Kosmonova” məlumat emalı mərkəzlərinin hədəfə alındığını açıqlayıb.
Məlumatlarda bildirilir ki, avadanlıqların və magistral xətlərin zədələnməsi səbəbindən internetlə bağlı problemlər Kiyevlə yanaşı, Ukraynanın digər bölgələrində də müşahidə olunur.
Rusiya tərəfi zərbələrin hərbi rabitə və məlumat infrastrukturuna yönəldiyini bildirir. Bu məlumatların bir hissəsi qarşı tərəfin açıqlamalarına əsaslanır.
















