1xeber.media xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı sentyabrın 27-də vəzifəsindən istefa vermək niyyətində olduğunu bildirib.
Vuçiç Putinə uzun illər davam edən əməkdaşlığa görə təşəkkür edib və Serbiyanın gələcək prezidentlərinin də məsuliyyətli xarici siyasət yürüdəcəyinə ümid etdiyini bildirib.
Serbiya lideri daha əvvəl sentyabrın 27-də prezident vəzifəsini tərk edəcəyini açıqlamışdı. O, parlamenti buraxaraq oktyabrın 25-nə növbədənkənar seçkilər təyin edib.
Vuçiç seçkilərdən sonra yenidən baş nazir olmaq niyyətində olduğunu bildirib. O, 2017-ci ildə prezident seçilməzdən əvvəl Serbiyanın baş naziri vəzifəsini tutub.
Kremlin məlumatına görə, Putinlə Vuçiç arasında baş tutan telefon danışığı Serbiya tərəfinin təşəbbüsü ilə keçirilib. Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı, beynəlxalq gündəlik və Ukraynadakı vəziyyət müzakirə olunub.
















