ABŞ Prezidenti Donald Tramp İran tərəfinin Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı rədd etdiyini bildirib.
1xeber.media-nın məlumatına görə, ABŞ prezidenti bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
Müvafiq suala cavab olaraq Tramp: "Mən onların təklifini rədd edirəm", – deyib.
Onun sözlərinə görə, Tehran Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutan razılaşma əldə etmək istəyir, çünki "sarsıdıcı məğlubiyyətə uğrayır".
"Onlar razılaşma əldə etmək istəyirlər və məncə, bu, normaldır. Mən də razılaşmalar bağlamağı sevirəm, amma belə bir razılaşma qəbuledilməz olardı", – deyə Tramp vurğulayıb.
















