1xeber.media xəbə verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Almaniya Ukrayna ilə bağlı sülh prosesinə qoşulmaqla fürsəti əldən verməməyə çalışır.
"Almaniyanın nəyə nail olmağa çalışdığını söyləmək mənim üçün çətindir. Düşünürəm ki, izahlardan biri fürsəti əldən verməmək istəyidir", - deyə xarici işlər naziri vurğulayıb.
Daha əvvəl Rusiya lideri Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya və Almaniya xarici işlər nazirləri arasında keçirilən görüş müsbət addımdır, lakin iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsindən danışmaq səhv olardı.
Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Almaniyanın xarici işlər naziri İohann Vadeful ilə danışıqlar aparıb. Görüş qapalı rejimdə keçirilib və 20 dəqiqə davam edib.
















