Türkiyənin Sakarya vilayətində yağan güclü yağış evlərin, yolların və kənd təsərrüfatı sahələrinin su altında qalması ilə nəticələnib.
1xeber.media Türkiyə mətbuatına xəbər verir ki, yağış səbəbindən Karasu rayonundakı Darıçayırı Məhəlləsində çay məcrasından çıxıb.
Təbii fəlakətə görə ərazidə evlər, iş yerləri, kənd təsərrüfatı sahələri və dövlət binaları su altında qalıb. Xilasetmə qrupları köməksiz vəziyyətdə qalan vətəndaşları təxliyə ediblər.
Serdivan rayonunda isə torpaq sürüşməsi səbəbindən avtomobil yolunun bir tərəfi çöküb.





















