1xeber.media xəbər verir ki, Rusiya mənbələri “Azov” bölmələrinin Dobropolyedə Ukrayna Silahlı Qüvvələrinin digər bölməsinin hərbçilərini mühasirədə qoyduğunu iddia edib.
RT-nin məlumatına görə, bu barədə Rusiya əsirliyində olan ukraynalı hərbçi İvan Mironyuk danışıb. Onun sözlərinə görə, hərbçilər radio əlaqəsində “Azov” bölməsinin komandirlərinin döyüşçülərə mövqelərini tərk etmələri barədə göstəriş verdiyini eşidiblər.
İddialara əsasən, radio vasitəsilə hərbçilərə “Yığışın və sakitcə çıxın” məzmununda göstəriş verilib.
















