1xeber.media xəbər verir ki, Fransanın “Patriotlar” partiyasının lideri və prezidentliyə namizəd Florian Filippo Fransa Prezidenti Emmanuel Makronun son açıqlamalarını tənqid edib.
Filipponun sözlərinə görə, Makronun Rusiyanı ittiham edən bəyanatları onun müharibəyə hazırlaşdığını göstərir. Siyasətçi Makronun Estoniyanın paytaxtı Tallində pilotsuz uçuş aparatları istehsal edən hərbi zavodda baş verən yanğına görə Rusiyanı ittiham etməsinə münasibət bildirib.
“Özü müharibə istəyir!” – deyə Filippo sosial şəbəkədə yazıb.
O, həmçinin digər dövlətləri ittiham etməyə yönəlmiş təxribatların sayının artacağını iddia edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Rusiyanın Tallindəki zavodda baş verən yanğına aidiyyəti ilə bağlı ittihamları əsassız adlandırıb. Rusiya Prezidenti Vladimir Putin də daha əvvəl ölkəsinin Avropa ilə müharibəyə hazırlaşmadığını və bunun üçün heç bir əsas olmadığını bildirib.















