1xeber.media xəbər verir ki, McDonald's ABŞ-da və bəzi digər bazarlarda menyu qiymətlərinin müəyyənləşdirilməsi üçün süni intellektdən daha geniş istifadə etməyə başlayıb.
Reuters yazır ki, sistem hər bir restoranın müştərilərinin müəyyən məhsullar üçün nə qədər ödəməyə hazır olduğunu da nəzərə ala bilər.
Şirkət bu texnologiya vasitəsilə gəlirliliyini artırmağı hədəfləyir. Bununla belə, fərqli müştərilərə fərqli qiymətlərin tətbiqi ilə bağlı istehlakçı narazılığı və rəqabət qaydaları üzrə suallar yarana bilər.
















