“Brent” markalı neftin qiyməti Londonun ICE birjasında sentyabrın 7-dən bəri ilk dəfə bir barel üçün 96 dollardan aşağı enib.
1xeber.media xəbər verir ki, dekabrda çatdırılacaq “Brent” fyuçerslərinin qiyməti 0,48 faiz azalaraq bir barel üçün 95,70 dollara düşüb.
Saat 03:25-də ucuzlaşma tempi zəifləyib və “Brent”in qiyməti 95,88 dollar təşkil edib. Bu, əvvəlki göstərici ilə müqayisədə 0,29 faiz azalma deməkdir.
Eyni zamanda, noyabrda çatdırılacaq WTI markalı neftin fyuçers qiyməti 3,71 faiz azalaraq bir barel üçün 89,16 dollara enib.
















