Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində, Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil yanıb.
1xeber.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yol-nəqliyyat hadisəsinə uğrayıb və nəticədə yanğın baş verib.
Yanğınsöndürənlərin müdaxiləsi ilə alov qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb, qalan hissəsi alovdan mühafizə olunub.
















