1xeber.media xəbər verir ki, Norveç parlamentində mərhum amerikalı maliyyəçi Ceffri Epşteynlə ölkənin siyasətçiləri və diplomatları arasındakı əlaqələrə dair açıq dinləmələr başlayıb.
Reuters-in məlumatına görə, ABŞ-da yayımlanan yeni sənədlərdən sonra başlayan araşdırma çərçivəsində 11 hazırkı və keçmiş nazir ifadə verəcək.
Norveç polisi ölkənin keçmiş baş naziri və bəzi diplomatlarla bağlı araşdırma aparır. Parlamentdəki dinləmələrin ölkənin siyasi elitası arasında ciddi rezonans doğuran əlaqələrin araşdırılmasına yönəldiyi bildirilir.
















